ABŞ İranda rejim dəyişikliyinə hazırlığa başladı

ABŞ İranda rejim dəyişikliyinə hazırlığa başladı Dünya

ABŞ İranın ali liderinin devrilməsi ehtimalına qarşı plan hazırlayır.

News24.az xəbər verir ki, bu barədə "National" portalı Ağ Evə yaxın mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Tehranla rəsmi danışıqlarla paralel olaraq İranın ali lideri Əli Xameneinin devrilməsi halında keçid dövrü üçün fəaliyyət planı üzərində işləyir.

Materialda bildirilir ki, bu gün Omanda ABŞ və İran nümayəndələri görüşdüyü bir vaxtda, artıq bu həftəsonu ABŞ prezidenti Donald Trampın Floridada yerləşən iqamətgahında Amerika administrasiyasının nümayəndələri ilə İran diasporunun nüfuzlu şəxsləri arasında görüş keçirilə bilər, baxmayaraq ki, tədbirin logistikası mürəkkəbdir.

Portal qeyd edir ki, bu işdə Trampın kürəkəni Cared Kuşnerin də sıx iştirakı var.