ABŞ İranda universiteti bunker deşən bombalarla vurdu

ABŞ İranda universiteti bunker deşən bombalarla vurdu Dünya

ABŞ Tehrandakı Şərif Texnologiya Universitetinə bunker deşən bombalarla hücum edib.

News24.az xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif “X” sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Arif “X” hücumu ABŞ prezidenti Donald Trampın “dəlilik və cəhalətinin simvolu” adlandırıb.

“Şərif Universitetinə bunker partladıcı bomba ilə hücum Trampın dəlilik və cəhalətinin simvoludur. O, başa düşmür ki, İran biliyi bombalarla məhv ediləcək betonda deyil, əsl bunker professorlarımızın və elitalarımızın iradəsidir. Tarixdə heç bir barbarlıq elmi iranlılardan ala bilməyib. Elm bizim ruhumuzda kök salıb və bu bunker dağıdıla bilməz”, - deyə o qeyd edib. /Azad İran