ABŞ İrandakı müharibəyə şok məbləğdə vəsait xərclədi

ABŞ İrandakı müharibəyə şok məbləğdə vəsait xərclədi Dünya

ABŞ Müdafiə Nazirliyinin rəsmiləri İrana qarşı aparılan hərbi əməliyyatların xərcləri ilə bağlı Konqres üzvlərinə indiyədək ən geniş qiymətləndirməni təqdim ediblər.

News24.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, müharibənin ilk altı günü ərzində əməliyyatların dəyəri 11 milyard dolları keçib.

Qapalı brifinqdə Pentaqon rəsmiləri əməliyyatın ilk altı gün ərzində təxminən 11,3 milyard dollar vəsait tələb etdiyini açıqlayıblar. Məlumata görə, bu rəqəm yalnız ilkin və birbaşa əməliyyat xərclərini əhatə edir.

Rəsmilər qeyd ediblər ki, açıqlanan məbləğə hərbi quruculuq, şəxsi heyətin yerləşdirilməsi, eləcə də əməliyyatdan əvvəl həyata keçirilən texniki hazırlıq və avadanlıq təminatı kimi bir çox xərclər daxil edilməyib. Buna görə də hesablamalar tamamlandıqca ümumi xərclərin daha da artacağı gözlənilir.