ABŞ İrandan sonrakı hədəfi açıqladı
Dünya
ABŞ İranda hərbi əməliyyatları bitirdikdə, Asiya və digər regionlara diqqət yetirəcək.
News24.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts deyib.
“Bizi dəfələrlə Yaxın Şərqə çəkən İranın “ixrac etdiyi” zorakılığı nəhayət Tramp həll etdikdə, o zaman biz həqiqətən də dünyanın digər qisminə nəzər yetirəcəyik”, - deyə diplomat bildirib.
Qeyd edək ki, Tramp yaxın iki gün ərzində növbəti ABŞ-İran danışıqlarının baş tutacağını söyləyib.