ABŞ İranla müharibəyə hər saat 42 milyon xərcləyir
Dünya
ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın maliyyə yükü sürətlə artır.
News24.az xəbər verir ki, bu barədə “İran Müharibəsi Xərcləri İzləyicisi” portalı məlumat yayıb.
Bildirilib ki, münaqişənin başlanmasından 55 gün keçməsinə baxmayaraq, əməliyyatın ümumi xərci artıq 61,2 milyard dollara çatıb.
Hesabatda vurğulanıb ki, bu göstərici əməliyyatın Vaşinqtona hər saniyə 11 500 dollar, saatda 41,7 milyon dollar, gündə isə təxminən 1 milyard dollara başa gəldiyini ortaya qoyur.