ABŞ İranla münaqişədə 25 hərbi təyyarə və 49 PUA itirdi
Dünya
ABŞ Silahlı Qüvvələri İranla münaqişə başlayandan bəri 25 hərbi təyyarə, 49 pilotsuz uçuş aparatı və 7 helikopter itirib.
News24.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Araşdırma Xidmətinin yeni hesabatında bildirilib.
Məlumata görə, döyüşlər və “dost atəşi” nəticəsində 15 ədəd “F-15E Strike Eagle” qırıcısı, bir ədəd beşinci nəsil “F-35C Lightning II” qırıcısı və iki ədəd “A-10 Thunderbolt II” hücum təyyarəsi məhv edilib.
Bundan əlavə, siyahıda aviasiya qəzaları və İranın aviabazalara hücumları nəticəsində sıradan çıxarılan “7 KC-135 Stratotanker” yanacaqdoldurma təyyarəsi, “EC-3 Sentry AWACS” uzaqmənzilli radar aşkarlama və idarəetmə təyyarəsi, həmçinin ABŞ hərbçilərinin İranda axtarış-xilasetmə əməliyyatı zamanı partlatdığı “MC-130J” təyyarəsi də yer alıb.
ABŞ ordusu İrana qarşı əməliyyatlar zamanı azı 45 “MQ-9 Reaper” kəşfiyyat-zərbə PUA-sı, üç “MQ-1” çoxməqsədli pilotsuz uçuş aparatı və bir “MQ-4C Triton” dəniz kəşfiyyat PUA-sını da itirib.
Döyüşlərdə həmçinin 7 helikopter də məhv edilib.
İtkilərin dəyəri 1,9 milyard dollardan 3,3 milyard dollara qədər qiymətləndirib.