ABŞ İsrailin İrana qarşı hücumlarında iştirak edir
Dünya
ABŞ İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarda iştirak edir.
News24.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi amerikalı rəsmi şəxsə və əməliyyatla tanış olan mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən ikinci nüvə danışıqları nəticəsiz başa çatdıqdan sonra ABŞ regiondakı hərbi mövcudluğunu artırıb. Bildirilib ki, Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirilib.
Fevralın 23-də Yunanıstanın Krit adası yaxınlığında USS Gerald R. Ford aviadaşıyıcısının göyərtəsində əlavə təyyarələrin olduğu müşahidə edilib. “Ford” Yaxın Şərqə göndərilən ikinci aviadaşıyıcıdır və bununla da ABŞ-nin fəaliyyətdə olan hərbi gəmilərinin təxminən üçdə biri regionda cəmlənib.