ABŞ toy keçirilən obyekti bombaladı, ölənlər var – YENİLƏNDİ

ABŞ toy keçirilən obyekti bombaladı, ölənlər var – YENİLƏNDİ Dünya

ABŞ ordusunun İranın Sirik şəhərində yaşayış məntəqələrindən birinə hücumu zamanı 50 nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

***23:51

ABŞ Silahlı Qüvvələrinin İranın cənubundakı Hörmüzgan vilayətinə endirdiyi zərbələr nəticəsində Sirik şəhərində yaşayış məntəqələrindən biri, o cümlədən toy mərasiminin keçirildiyi obyekt də zərbəyə məruz qalıb.

News24.az “Tasnim” və IRIB-yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı iki nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Məlumata görə, ümumilikdə Sirikdə 20 nəfərin yaralandığı bildirilir.

IRIB-in məlumatında əvvəlcə ölənlərin olub-olmadığının araşdırıldığı qeyd edilsə də, daha sonra “Tasnim” toy mərasiminə zərbə nəticəsində iki nəfərin öldüyünü və bir neçə şəxsin yaralandığını açıqlayıb.

Bundan başqa, ABŞ-nin hücumlarından sonra İranın Konarak liman şəhəri və Qeşm adasında da partlayış səsləri eşidilib.

“Tasnim”in məlumatına görə, Konarakda 6 partlayış baş verib. Qeşm adasının cənub sahilində isə 19:30-19:45 aralığında 8 partlayış səsi eşidilib.

Partlayışların dəqiq yeri və vurduğu zərərin həcmi hələlik açıqlanmayıb. Qeşm hava limanına hücum rəsmən təsdiqlənməyib. Həmçinin Bəndər Abbas və Sirikin bəzi ərazilərində partlayış səslərinin eşidildiyi bildirilir.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri daha əvvəl Hörmüz boğazında İran obyektlərinə, o cümlədən SEPAH-ın mövqelərinə kütləvi zərbələr endirib.