ABŞ təyyarəsi vuruldu
Dünya
Yaxın Şərqdə davam edən gərginlik fonunda ABŞ-yə məxsus daha bir döyüş təyyarəsinin vurulduğu iddia edilir.
News24.az xəbər verir ki, Küveytdə F/A-18 Hornet tipli ABŞ qırıcı təyyarəsi vurulub. Məlumata görə, təyyarənin düşməsi ilə bağlı yayılan görüntülərdə onun tüstü çıxara-çıxara enərkən fırlandığı görünür.
Bildirilir ki, İran bu təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürdüyünü iddia edir. Hadisə ABŞ, İran və İsrail arasında davam edən münaqişənin yeddinci günündə baş verib.
Xatırladaq ki, bundan əvvəl də Küveytdə ABŞ-yə məxsus üç ədəd F-15 Eagle qırıcı təyyarəsinin “dost atəşi” nəticəsində vurulduğu bildirilmişdi. Həmin insidentin ABŞ-yə təxminən 250 milyon dollar zərər vurduğu qeyd olunur. (haberler.com)