"ABŞ və İsrail məsuliyyətə cəlb olunmalıdır" – Əraqçi
Dünya
Tehran ABŞ və İsrailin İrana qarşı hücumlarına görə məsuliyyətə cəlb edilməli olduğunu bəyan edib.
News24.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla telefon danışığında bildirib.
O qeyd edib ki, bu hücumlar beynəlxalq təhlükəsizlik və sülhə qarşı ağır cinayət hesab olunur və BMT daxil olmaqla bütün dövlətlər bu məsələdə mövqe ortaya qoymalıdır.