ABŞ və İsraili şok edən xəbər: İran gizli raketlərini işə sala bilər – İDDİA

ABŞ və İsraili şok edən xəbər: İran gizli raketlərini işə sala bilər – İDDİA Dünya

ABŞ və İsrailin İrana qarşı əməliyyatları davam etdiyi bir vaxtda regionda gərginliyi artıran yeni iddia ortaya çıxıb.

News24.az-ın verdiyi xəbərə görə, Tehran mövcud hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar olunması çətin olan gizli raketləri döyüş bölgəsinə yerləşdirməyə hazırlaşır.

İddialarda bildirilir ki, İranın ABŞ bazalarına və hərbi infrastruktura qarşı həyata keçirdiyi əməliyyatlar radar və rabitə sistemlərinə ziyan vurub. Peyk görüntülərinə əsasən, vurulan ziyanın dəyərinin təxminən 2 milyard dollar olduğu qeyd olunur.

Bundan əlavə, İsrailin müdafiə naziri İsrael Katz hücumların davam edəcəyini bildirərək İrana qarşı əməliyyatların genişləndiriləcəyini açıqlayıb. İsrail Səhiyyə Nazirliyi isə son 24 saat ərzində İranın həyata keçirdiyi hücumlar nəticəsində 219 nəfərin yaralandığını, onlarla şəxsin xəstəxanalarda müalicə aldığını iddia edir. (haberler.com)