ABŞ Venesuela neftinin satışına başladı
Dünya
ABŞ administrasiyası Venesueladan əldə etdiyi neftin ilk satışını həyata keçirdiyini açıqlayıb.
News24.az-ın məlumatına görə, ümumi dəyəri 500 milyon dollar olan neft satışı həyata keçirilib.
Rəsmilərin məlumatına görə, yaxın vaxtlarda yeni satışlar da planlaşdırılır. Satışlardan əldə edilən vəsait ABŞ hökumətinin nəzarətində olan və “neytral zona” kimi xarakterizə edilən Qətərdəki bank hesablarında saxlanılacaq.