ABŞ Venesuelanı nə qədər idarə edəcək? - Tramp açıqladı
Dünya
Donald Tramp Venesuelada ABŞ nəzarətinin müddəti ilə bağlı açıqlama verib.
News24.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Venesuelanı nə qədər müddət idarə edə biləcəkləri sualına cavab verib və bunun illərlə davam edə biləcəyini istisna etməyib.
Jurnalistlərin “üç ay, yarım il, yoxsa daha uzun müddət ola bilərmi?” sualına Tramp belə cavab verib: “Mən deyərdim, xeyli daha uzun” (The New York Times).