ABŞ zənginləşdirilmiş uranı "oğurlamağa" cəhd edib?
Dünya
İran İslam Respublikası ABŞ-nin öz pilotlarını xilas etmək üçün keçirdiyi əməliyyatın əsl məqsədi ilə bağlı şok iddia irəli sürüb.
News24.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai ABŞ-nin bu addımını "uran oğurluğu cəhdi" adlandırıb.
Bəqai bildirib ki, vurulmuş F-15E qırıcısının pilotunun Kohgiluyə və Boyer-Əhməd əyalətində gizləndiyi iddia edilsə də, ABŞ uçuş aparatları bu məkandan xeyli uzaqda – İsfahanın cənubunda yerə enib. İran rəsmisinin fikrincə, bu koordinat fərqi əməliyyatın əslində İsfahandakı nüvə obyektindən zənginləşdirilmiş uranı oğurlamaq məqsədi güddüyünə dair ciddi şübhələr yaradır.
Qeyd edək ki, bundan əvvəl “NBC News” İran üzərində vurulmuş F-15E qırıcısının ikinci heyət üzvünün xilas edilməsi, böyük ölçüdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin başlatdığı dezinformasiya kampaniyası sayəsində mümkün olduğunu xəbər verib.