Abbas Əraqçidan ABŞ-İran danışıqlarının yekununa dair AÇIQLAMA
Dünya
"Bu gün danışıqların ən ciddi və ən uzun raundlarından biri idi, səhər təxminən dörd saat, günortadan sonra isə təxminən iki saat yarım görüş keçirdik”.
News24.az xəbər verir ki, bunu ABŞ-İran danışıqlarının 3-cü raundundan sonra İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Danışıqlar dolayı yolla aparıldı və 🇴🇲 Omanın xarici işlər naziri cənab Əl-Busəidi və bəzi hissələrdə Qrossi iki tərəf arasında müzakirələr apardı.Cənab Qrossinin iştirakı texniki müzakirələr baxımından müsbət idi və Əl-Busəidi də həmişəki kimi orada idi. Bu bir neçə uzun və gərgin saatda müsbət irəliləyiş əldə etdik”, – o əlavə edib.