ABŞ–İran danışıqları: Nümayəndə heyətləri İslamabadda toplandı

ABŞ–İran danışıqları: Nümayəndə heyətləri İslamabadda toplandı Dünya

ABŞ vitse-prezidenti Cey Di Vens və rəsmi nümayəndə heyəti İranla aparılacaq danışıqlarda iştirak etmək üçün Pakistanın paytaxtı İslamabaddadırlar.

News24.az xəbər verir ki, bu, 2011-ci ildən bəri ABŞ vitse-prezidenti səviyyəsində Pakistana reallaşan ilk səfərdir.

Heyətdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Cared Kuşner də yer alır. Qonaqları Pakistanın xarici işlər naziri Məhəmməd İşaq Dar qarşılayıb. Nazir Dar tərəfləri konstruktiv dialoqa çağırıb və Pakistanın vasitəçilik missiyasını davam etdirəcəyini vurğulayıb.

İran tərəfindən danışıqları parlament sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi heyət aparacaq. Müzakirələrin əsas mövzuları müvəqqəti atəşkəs, Hürmüz boğazı, 10 maddəlik təklifdir.

Prosesin nəticələnməsində Türkiyə, Pakistan və Misir fəal diplomatik səylər göstərib. İran Milli Təhlükəsizlik Ali Şurası danışıqların maksimum 15 gün ərzində yekunlaşacağını bəyan edib.

Qeyd edək ki, İsrail hökuməti müvəqqəti atəşkəsi dəstəkləsə də, bu razılaşmanın Livanı əhatə etmədiyini bildirərək şimal qonşusuna qarşı hərbi əməliyyatlarını davam etdirir. (TRT haber)

Nilufər