ABŞ-də atışma oldu: yaralananlar var

ABŞ-də atışma oldu: yaralananlar var Dünya

ABŞ-nin Çikaqo şəhərində atışma olub. Hadisə Milad ağacının işıqlandırılması mərasimindən sonra baş verib. Yeddi nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.

"Polis cümə axşamı Çikaqonun mərkəzində baş verən atışmada azı yeddi nəfərin yaralandığını bildirib. Atışma şəhərin Milad ağacının işıqlandırılması mərasimindən sonra baş verib", – telekanal bildirib.