ABŞ-də Tramp üçün tarixi məhkəmə işi başlayır
Dünya
ABŞ Ali Məhkəməsi prezident Donald Trampın gömrük rüsumları ilə bağlı səlahiyyətini müzakirəyə çıxarmağa hazırlaşır.
News24.az xəbər verir ki, iki kiçik şirkət Trampın tətbiq etdiyi rüsumlara qarşı məhkəməyə müraciət edib. Onlar hesab edir ki, gömrük rüsumlarını yalnız Konqres təyin edə bilər, prezident yox.
Əgər məhkəmə şirkətlərin xeyrinə qərar çıxarsa, Trampın tətbiq etdiyi bütün tariflər ləğv olunacaq və dövlət bu rüsumlardan zərər görən şirkətlərə milyonlarla dollar təzminat ödəməli olacaq. Həmçinin bu qərar Trampın ticarət siyasətinə və ümumilikdə prezidentin səlahiyyətlərinə böyük təsir göstərə bilər.
Tramp sosial şəbəkədə yazıb ki, bu ölkə tarixində ən mühüm qərarlardan biri olacaq. O deyib ki, prezidentə rüsum təyin etmək səlahiyyəti verilməsə, ABŞ digər ölkələr qarşısında zəif vəziyyətə düşəcək.
Əgər Ali Məhkəmə Trampın əleyhinə qərar versə, gələcək prezidentlərin ticarət siyasətində manevr imkanları məhdudlaşacaq. Əksinə, qərar Trampın xeyrinə olarsa, prezidentin ticarət sahəsində səlahiyyəti daha da güclənəcək.