ABŞ Venesuela narkotacirlərinə qarşı quru əməliyyatını başlayır?
Dünya
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ qüvvələri Venesuela narkotik tacirlərini yalnız dənizdə deyil, həm də quruda dayandıracaq.
News24.az xəbər verir ki, Tramp bu fikirləri ABŞ hərbçilərinə müraciəti zamanı səsləndirib.
“Son həftələr siz çoxsaylı venesuelalı narkotik tacirlərini qorxutmaq üçün çalışırdınız. Yəqin ki, fərqinə varmışınız: onlar artıq dəniz yolu ilə gəlməyə cəsarət etmirlər. Biz isə çox tezliklə onları quruda da dayandırmağa başlayacağıq”, – o bildirib.
Prezidentin hansı quru əməliyyatlarını nəzərdə tutduğu açıqlanmayıb. Buna görə də ABŞ-nin kartellərə birbaşa Venesuelada, yoxsa narkotrafik marşrutunun başqa bir nöqtəsində müdaxilə etməyə hazırlaşdığı hələlik bilinmir.
Qeyd edək ki, hazırda ABŞ ordusu regionda əsasən dəniz vasitəsilə narkotrafikə qarşı əməliyyatlar aparır. Sentyabr ayından etibarən ABŞ qüvvələri Karib dənizi və Sakit okeanda narkokartellərə məxsus olduğu iddia edilən qayıqlara azı 21 zərbə endirib və nəticədə 83 nəfər öldürülüb.