ABŞ Almaniyaya 5 milyardlıq - Patriot satacaq

ABŞ Almaniyaya 5 milyardlıq - Patriot satacaq Dünya

Pentaqonun Müdafiə Təhlükəsizlik və Əməkdaşlıq Agentliyinin (DSCA) Konqresə etdiyi bildirişə görə, ABŞ Dövlət Departamenti Almaniyaya yeni silah satışını təsdiqləyib.

News24.az xəbər verir ki, Almaniyaya ümumi dəyəri 5 milyard dollar olan 600 ədəd Patriot raketinə aid avadanlıq veriləcək. Bu tədarüklə Almaniyanın Ukraynaya külli miqdarda silah bağışladıqdan sonra azalan ehtiyatlarını dolduracağı gözlənilir.

Açıqlamada sözügedən satışın Avropada təhlükəsizlik və sabitliyin davam etdirilməsinə əhəmiyyətli töhfə verəcəyinə diqqət çəkilib.

Qeyd edək ki, Almaniya ABŞ-dan sonra Kiyevə ən çox hərbi dəstək verən ölkə kimi tanınır.

Digər tərəfdən, DSCA tərəfindən edilən başqa bir açıqlamaya görə, ABŞ Dövlət Departamenti İtaliyaya 738 milyon dollar dəyərində MQ-9 silahlı pilotsuz uçuş aparatı və əlaqəli avadanlıqların satışına icazə verib.

Hər iki satışın Konqresə bildirilməsinin ardından 15 gün ərzində etiraz edilməzsə, satış reallaşacaq.

Günel Məlikzadə