ABŞ-də irqi azlıqların ali məktəblərə qəbulunda güzəştlər ləğv edilib

ABŞ-də irqi azlıqların ali məktəblərə qəbulunda güzəştlər ləğv edilib Dünya
ABŞ Ali Məhkəməsi ali məktəblərə qəbul zamanı irqi azlıqlara, xüsusən də qaradərililərə və ispan əsillilərə üstünlük verən proqramı ləğv edib.

Bu barədə ​News24.az​​​ yerli KİV-ə istinadən xəbər verir.

Təşəbbüs Ali Məhkəmənin bütün altı mühafizəkar üzvü tərəfindən bəyənilib, üç hakim qərarın əleyhinə çıxış edib.