ABŞ-də oxumaq istəyənlərin nəzərinə! - Qaydalar sərtləşir

ABŞ-də oxumaq istəyənlərin nəzərinə! - Qaydalar sərtləşir Dünya

ABŞ Prezidenti Donald Trampın administrasiyası Amerikada təhsil almaq istəyən bütün beynəlxalq tələbələr üçün yeni tələb tətbiq etməyə hazırlaşır.

News24.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp administrasiyası Birləşmiş Ştatlarda təhsil almaq üçün müraciət edən bütün xarici tələbələrin sosial şəbəkələr üzrə yoxlanışdan keçməsini tələb edən yeni qaydanın tətbiqini nəzərdən keçirir.

“Politoco”nun yazır ki, yeni yoxlama formasına hazırlıq çərçivəsində administrasiya artıq ölkənin səfirliklərinə və konsulluqlarına yeni tələbə vizası müsahibələrinin vaxtını dayandırmağı əmr edib./Bizim.Media