ABŞ yenidən İrana hücum etdi - Bu ada vuruldu
Dünya
ABŞ Larak adasında İranın raket buraxıcılarına hücum edib.
News24.az xəbər verir ki, bu barədə "Axios" nəşri yazıb.
"İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələrinin Hörmüz boğazına doğru dəniz minaları daşıyan raketlər atmağa hazırlaşdığı müşahidə edilib", - deyə məlumatda qeyd olunub.
Bu, iyulun sonunda atəşkəs razılaşmasından bəri ABŞ-nin İrana ilk məlum zərbəsidir.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-nin İranla danışıqlar aparmaq istəmədiyini bildirmişdi. O, əlavə edib ki, Vaşinqton Hörmüz boğazına və İranın blokadasına nəzarət edir.(unikal)