ABŞ-də “yaşıl kərtənkələlər ordusu”nun işğalı başlayıb
Dünya
ABŞ-nin Florida ştatının cənubunda “yaşıl kərtənkələlər ordusu”nun işğalı başlayıb.
News24.az Medianews.az-a istinadla xəbər verir ki, bu barədə Daily Star məlumat yayıb.
Palm-Biç kurort şəhərinin sakinləri orada getdikcə daha çox nəhəng iquanaların peyda olmasından şikayətlənirlər. Sürünənlər artıq mahalda 16 elektrik enerjisinin kəsilməsinə səbəb olub. Onlar məftilləri çeynəyir, bağları məhv edir, çayların və göllərin sahillərini korlayır, torpaq eroziyasına səbəb olur.
Həmçinin Floridada invaziv növ olan iquanalar hovuzlara və tualetlərə girərək sakinləri qorxudur. Üstəlik, salmonellyoz kimi xəstəliklər daşıyırlar və narahat olduqda hücum edə bilərlər.
Üstəlik, iquanalar adətən ağaclarda yatırlar. Gecələr, temperatur aşağı düşəndə, onlar tutuşlarını boşaldaraq floridiyalıların başlarına düşə bilərlər. Mütəxəssislər xəbərdarlıq edir ki, hündürlükdən bir insanın üzərinə düşən böyük kərtənkələ ciddi xəsarətlərə səbəb ola bilər.
Floridanın iquana populyasiyası artmaqda davam edir və sakinlər bir daha sürünənlərlə qarşılaşmanın təhlükələri barədə xəbərdarlıq edilir.