ABŞ nəşri Türkiyənin PUA-larının uğurlarından yazdı

ABŞ nəşri Türkiyənin PUA-larının uğurlarından yazdı Dünya
ABŞ-nin “Al Monitor” Türkiyə PUA-larının uğurlarından yazıb.

News24.az xəbər verir ki, məqalədə PUA-ların Ukrayna, Qarabağ, Liviya, Suriya, İraq, Efiopiya və Somali kimi ərazilərdə istifadə edildiyi xatırladılıb.

Səudiyyə Ərəbistanına satışdan sonra Körfəz bölgəsində də PUA-lara tələbatın artacağı qeyd edilib.

Türkiyənin PUA-larının ABŞ və digər Qərb istehsalı olan PUA-lara nisbətən daha qənaətcil olduğu bildirilib.