ABŞ Tayvanı ən son zenit sistemləri ilə təchiz etdi

ABŞ Tayvanı ən son zenit sistemləri ilə təchiz etdi Dünya

Tayvan Silahlı Qüvvələri ABŞ-dan 13 ədəd ən son Mark 15 Phalanx Block 1B dəniz zenit artilleriya sistemlərindən alıb. 

News24.az xəbər verir ki, bu barədə “Taipei Times” qəzeti məlumat yayıb.

Məlumdur ki, əməliyyat həcmi 10 milyard Yeni Tayvan dolları (təxminən 314,67 milyon dollar) təşkil edib. Artıq gəmilərdə zenit sistemləri quraşdırılıb. 

Bu, onların düşmən raketlərinə, hava hədəflərinə və qayıqlarına qarşı müdafiə imkanlarını artıracaq. 

2025-ci ildə daha belə səkkiz sistemin köçürülməsi gözlənilir.

Məryəm İlhamqızı