ABŞ Ukraynaya əlavə hərbi yardım göstərəcək

ABŞ Ukraynaya əlavə hərbi yardım göstərəcək Dünya

ABŞ yaxın günlərdə Ukraynaya əlavə hərbi yardım paketləri təqdim edəcək. 

News24.az xəbər verir ki, Ağ Evin Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi MSNBC telekanalına verdiyi müsahibədə bu barədə məlumat verib, lakin əlavə təfərrüatlar açıqlamayıb.

"Reuters" qeyd edib ki, Ukraynanın müdafiə naziri Rustem Umerov və onun amerikalı həmkarı Lloyd Austin arasında döyüş meydanındakı vəziyyət və Ukrayna Silahlı Qüvvələrinin əlavə müdafiə avadanlıqlarına ehtiyacı ilə bağlı söhbəti olduqdan sonra qərar verilib.

Qeyd edək ki, ötən ay Rusiya Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousov Austinlə telefonla danışıb və Ukraynanın Rusiyaya qarşı gizli əməliyyatı barədə məlumatı onunla bölüşüb. Bu söhbətdən sonra Amerika tərəfi ukraynalılarla əlaqə saxlayıb və onları heç nəyə başlamamağa çağırıb.

Məryəm İlhamqızı