Ukrayna danışıqları üçün 10-a yaxın ölkə hazırdır
Dünya
Ukrayna üzrə danışıqların keçirilməsi üçün müxtəlif qitələrdən təxminən 10 ölkə öz ərazisini təklif edib.
News24.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadla mləumat yayıb.
“Belə ölkələrin sayı artıq 10-a yaxındır. Bunlar həm Avropa, həm Asiya ölkələridir, yəni müxtəlif qitələrdən olan dövlətlərdir. Bütün tərəflərin konstruktiv qərarlara hazır olduğu barədə anlayış yarandıqda danışıqların hansı məkanda keçiriləcəyi açıqlanacaq. Bu, mütləq neytral məkan olacaq”, - deyə mənbə bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Birinci kanala açıqlamasında Əbu-Dabinin Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların keçirilməsi üçün mümkün məkanlardan biri kimi müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, Türkiyə və digər ölkələr də danışıqlar üçün öz xidmətlərini təklif edir.