Acuna böyük şok: 18 ildən sonra bir ilk!
Dünya
Türkiyəli media rəhbəri və iş adamı Acun Ilıcalının sahibi olduğu Sloveniya təmsilçisi NK Maribor tarixinin ən uğursuz mövsümlərindən birini keçirib. Komanda Sloveniya Liqasını 5-ci pillədə başa vuraraq 18 ildən sonra ilk dəfə Avropa yarışlarından kənarda qalıb.
News24.az xəbər verir ki, xəbər verir ki, Maribor mövsümün son turunda səfərdə NŠ Mura klubuna 2:1 hesabı ilə məğlub olub.
Bu nəticədən sonra komanda 33 oyunda topladığı 50 xalla çempionatı 5-ci sırada tamamlayıb.
Maribor cari mövsümdə 14 qələbə qazanıb, 8 heç-heçə edib və 11 dəfə məğlub olub. Bununla da klub son 18 ildə ilk dəfə avrokuboklara vəsiqə əldə edə bilməyib.
Qeyd edək ki, Sloveniya təmsilçisi ötən mövsüm liqanı ikinci pillədə başa vurmuş və Avropa yarışlarına qatılmaq hüququ qazanmışdı. Lakin Acun Ilıcalının rəhbərliyi altında klub bu mövsüm gözlənilən nəticələri verə bilməyib. (musavat.com)