Ağ Ev Uitkoff və Kuşnerlə bağlı bu xəbəri təsdiqlədi
Dünya
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner sabah Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfər edəcəklər.
News24.az-ın xəbərinə görə, Ağ Ev bu səfəri təsdiqləyərək bildirib ki, Uitkoff və Kuşner Ukrayna ilə bağlı danışıqlarda iştirak etməyi planlaşdırırlar.
Məlumata görə, səfər çərçivəsində tərəflər regional və beynəlxalq gündəmdə olan məsələləri, xüsusilə də Ukrayna böhranı ilə bağlı diplomatik təşəbbüsləri müzakirə edəcəklər.
Rəsmi açıqlamada danışıqların formatı və mümkün iştirakçıları barədə əlavə detallar verilməyib.