Ağ Evin damına dron yerləşdiriləcək
Dünya
ABŞ Prezidenti Donald Tramp Amerika paytaxtını qorumaq üçün Ağ Evin yeni tikilməkdə olan ziyafət zalının damına dronlar yerləşdirmək planı barədə məlumat verib.
News24.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.
"Binanın damı elə dizayn edilib ki, biz oraya qoşun yerləşdirə bilək. Orada yerləşdiriləcək snayperlər Vaşinqtonun hərtərəfli mənzərəsini görəcəklər. Dam həmçinin bütün Vaşinqtonu qorumaq üçün dron limanı olacaq. Orada məhdud sayda dron yerləşdiriləcək" - Tramp qeyd edib.
Tramp binanın konstruksiyasında keçilməz polad və keçilməz şüşələrdən istifadə edildiyini vurğuladı: "Dam dronlara davamlı olacaq. Əgər ora dron dəysə, heç nə olmayacaq. Binanın təxminən altı mərtəbəsi yer altında olacaq və burada tikilmiş hər şey üçün qalxan rolunu oynayacaq".
Binanın tikintisinə sərf olunan vəsaitdən danışan ABŞ Prezidenti vurğulayıb: "Bunların hamısı mənim və donorların puludur". (Bakupost.az)