Ağ Evin yaxınlığında atışma: 2 hərbçi güllələndi – Yeniləndi

Ağ Evin yaxınlığında atışma: 2 hərbçi güllələndi – Yeniləndi Dünya

Silahlı hücum zamanı güllələnən hərbçilər ölüb.

News24.az xəbər verir ki, bu barədə Qərbi Virciniya ştatının qubernatoru Patrik Morris açıqlama yayıb.

**

Ağ Evin yaxınlığında silahlı hücum törədən şəxs saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə Vaşinqton Polis İdarəsi məlumat yayıb.

Ağ Ev təhlükəsizlik səbəbilə bağlanıb.

Ağ Evin mətbuat katibinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampa hadisə ilə bağlı məlumat verilib. Tramp hazırda Floridadadır.

Qeyd edək ki, yaralanan hərbçilərin vəziyyəti ilə bağlı açıqlama verilməyib.

Hadisənin motivi də hələ ki məlum deyil.

**

ABŞ-də Ağ Evin yaxınlığında silahlı hücum olub.

News24.az xəbər verir ki, bu barədə "AP" məlumat yayıb.

Məlumata görə, Milli Qvardiyanın iki hərbçisi yaralanıb.

Silah açan şəxsin yerinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Təfərrüatlar barədə məlumat hələ ki yoxdur.