Ağcaqanad faciəsi: Bu ölkədə 33 nəfər öldü

Ağcaqanad faciəsi: Bu ölkədə 33 nəfər öldü Dünya

Kubada son aylarda ağcaqanadlar vasitəsilə yayılan xəstəliklər ciddi nəticələrə səbəb olub.

News24.az xəbər verir ki, ölkənin səhiyyə rəsmilərinin açıqlamasına görə, "Denge" və "Çikunqunya" virusları ümumilikdə 33 nəfərin ölümünə gətirib çıxarıb.

Səhiyyə nazirinin müavini Carilda Pena bildirib ki, "Çikunqunya" 21, "Denge" isə 12 nəfərin həyatına son qoyub. O, hadisələrə dair dəqiq tarix aralığı göstərməsə də, ölənlərin ən azı 21-nin 18 yaşdan kiçik olduğunu vurğulayıb.