Ağır xəstəlikdən əziyyət çəkilən məşhur aktyorun yeni fotoları
Dünya
Ağır xəstəliklə mübarizə aparan məşhur Hollivud aktyoru Bryus Uillisin yeni görüntüləri yayılıb.
News24.az xəbər verir ki, “Daily Mail”in yayımladığı kadrlar Los-Ancelesdə lentə alınıb.
Məlumata görə, aktyor qəyyumu ilə birlikdə çimərlikdə gəzintiyə çıxıb. Jurnalistlər onun üzündə təbəssüm gördüklərini bildiriblər.
Sakit gəzinti zamanı Uillis özünü kifayət qədər inamlı hiss edib, hərəkət zamanı isə tarazlığını saxlamaq üçün dəmir məhəccərdən dayaq kimi istifadə edib.
Qeyd edək ki, aktyor ciddi neyrodegenerativ xəstəlikdən əziyyət çəkir. Həkimlər ona 2023-cü ildə ağır demensiya, yəni beyin funksiyalarının tədricən zəifləməsi ilə müşayiət olunan pozuntu diaqnozu qoyublar.
Bu xəstəlik beynin alın və gicgah paylarının tədricən zədələnməsinə, nəticədə şəxsiyyət dəyişikliyi və idrak funksiyalarının zəifləməsinə səbəb olur.
Xatırladaq ki, bu ilin sentyabrında aktyorun həyat yoldaşı onun ayrıca bir evə köçürüldüyünü açıqlayıb. Bildirilib ki, bu qərar Bryus Uillisin səhhətinin vəziyyətinə uyğun olaraq onun xeyrinə qəbul edilib.