Aİ Belarusa qarşı sərt addım atmağa hazırlaşır - Səbəb

Aİ Belarusa qarşı sərt addım atmağa hazırlaşır - Səbəb Dünya

Avropa İttifaqı Belarusa qarşı sanksiyaların genişləndirilməsi və bu çərçivədə Aİ-yə qarşı hibrid fəaliyyətlərin də daxil edilməsi barədə razılığa gələ bilər.

News24.az xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris Aİ xarici işlər nazirlərinin iclası ərəfəsində açıqlama verib.

Nazir bildirib ki, son aylarda Belarusdan Litva ərazisinə qaçaqmalçılar tərəfindən yönəldilən şarlar hava nəqliyyatında ciddi problemlər yaradıb.

“Bu səbəbdən Litva ötən həftə fövqəladə vəziyyət elan edib və parlamentdən polis və sərhəd xidmətlərinə hərbi dəstəyin göstərilməsini istəyib. Belarusa qarşı hibrid təhdidlər davam edərsə, sanksiya rejiminin genişləndirilməsi qaçılmaz olacaq”, – deyə Budris vurğulayıb.