Aİ liderləri sabah Brüsseldə görüşəcək
Dünya
Avropa İttifaqı Komissiyasının prezidenti Ursula fon der Leyen ABŞ-nin Qrenlandiya ilə bağlı əlavə gömrük rüsumları planına sərt reaksiya verib.
News24.az-ın məlumatına görə, o bildirib ki, Aİ və ABŞ münasibətlərdə yol ayrıcına gəlib.
Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxış edən fon der Leyen qeyd edib ki, Avropa dialoq və həll yolunu üstün tutur, lakin zərurət yaranarsa birlikdə, təcili və qətiyyətlə hərəkət etməyə hazırdır. Onun sözlərinə görə, təhlükəsizlik əsaslı gömrük tarifləri müttəfiqlər arasında gərginliyi artırır və yanlışdır.
Aİ liderlərinin məsələ ilə bağlı mövqeni və mümkün cavab addımlarını müzakirə etmək üçün sabah Brüsseldə görüşəcəyi açıqlanıb.