Aİ-nin yeni sanksiya paketi: bu dəfə hədəfdə nədir?

Aİ-nin yeni sanksiya paketi: bu dəfə hədəfdə nədir? Dünya

Aİ-nin 20-ci sanksiya paketinə Rusiya metallarının idxalına yeni qadağalar daxil edilə bilər.

News24.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Söhbət iridium, rodium, platin və misdən gedir. Məhdudiyyətlərin əsasən “Norilsk Nikel” (“Nornikel”) şirkətinə qarşı yönələcəyi bildirilir.

Analitiklər isə “Nornikel” üçün ciddi nəticələr görmürlər. Onlar qeyd edirlər ki, şirkət ixracı Asiya bazarlarına yönəltməyə artıq nail olub.