Aİ Rusiyadan qaz idxalının dayandırılmasını təsdiqlədi

Aİ Rusiyadan qaz idxalının dayandırılmasını təsdiqlədi Dünya

Avropa İttifaqı ölkələri 2027-ci ilin sonuna qədər Rusiyadan təbii qaz idxalının mərhələli şəkildə dayandırılması planını təsdiqləyib.

News24.az xəbər verir ki, Danimarkanın Aİ-dəki sədrliyinin məlumatına görə, bu qərar qaz idxalının tam qadağaya çevrilməsi yolunda mövcud əsas maneələrdən birini aradan qaldırır.

Razılaşmaya əsasən, Rusiyadan LNG idxalı 2026-cı ilin sonuna, boru kəmərləri ilə qaz tədarükü isə 2027-ci ilin sentyabrına qədər tamamilə dayandırılacaq. Qanun layihəsi Avropa Parlamenti və üzv ölkələrin enerji nazirləri tərəfindən rəsmi təsdiqləndikdən sonra qüvvəyə minəcək.