Aİ sazişi narazılıq yaratdı, fermerlər küçələrə axışdı
Dünya
Almaniyada fermerlər Avropa İttifaqı ilə MERKOSUR ölkələri — Braziliya, Argentina, Uruqvay və Paraqvay arasında nəzərdə tutulan azad ticarət sazişinə qarşı etiraz aksiyaları təşkil ediblər.
News24.az xəbər verir ki, fermerlər traktor və avtomobillərlə avtobanlara giriş nöqtələrində toplaşıblar. Ümumilikdə aksiyaların 32 nöqtədə keçirilməsi planlaşdırılsa da, onların bir qismi baş tutmayıb. Polis isə yol hərəkətində ciddi problemlərin qeydə alınmadığını bildirib.
Etirazlara səbəb Aİ-də 16 yanvar tarixinə planlaşdırılan səsvermədir. Fermerlər hesab edirlər ki, saziş Avropa bazarını Aİ standartlarına cavab verməyən kənd təsərrüfatı məhsulları üçün açacaq və qeyri-bərabər rəqabət yaradacaq.