Aİ Trampın Qrenlandiya tariflərinə cavab hazırlayır
Dünya
Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı əlavə tariflər tətbiq etmək qərarına qarşı 93 milyard avro həcmində cavab tədbirlərini nəzərdən keçirir.
News24.az xəbər verir ki, “Politico”nun məlumatına görə, Trampın səkkiz Avropa ölkəsinə əlavə tariflər tətbiq etməsindən sonra Aİ səfirləri Brüsseldə təcili iclas keçiriblər. Görüşdə Vaşinqtonla danışıqların nəticəsiz qalacağı təqdirdə ABŞ-yə qarşı atılacaq konkret addımlar müzakirə olunub.
İclasda tariflərin qüvvəyə minəcəyi halda tətbiq edilə biləcək müxtəlif iqtisadi tədbirlər, eləcə də Aİ-nin ötən il hazırladığı, lakin ABŞ ilə iyul ayında əldə edilən ticarət razılaşmasından sonra dayandırılan mexanizmlərin yenidən aktivləşdirilməsi məsələsi gündəmə gətirilib.