Aİ Türkiyəyə “qırmızı kart” göstərdi

Aİ Türkiyəyə “qırmızı kart” göstərdi Dünya

Avropa İttifaqı (Aİ) 2025-ci il üzrə genişlənmə planını açıqlayıb və Türkiyə ilə bağlı diqqətçəkən qərar verib.

News24.az xəbər verir ki, rəsmi sənəddə Türkiyənin Aİ-yə namizədlik prosesinin dayandırıldığı bildirilib. Səbəb kimi demokratiya və hüququn aliliyində geriləmə göstərilib. Türkiyə namizəd ölkələr xəritəsində “qırmızı rənglə” qeyd olunan yeganə dövlət olub.

Aİ sənədində vurğulanır ki, Türkiyədə ifadə azadlığı ilə bağlı problemli qanun maddələri dəyişdirilməli, ədliyyə islahatları, korrupsiyaya qarşı mübarizə və qadın, uşaq, həmkarlar ittifaqları hüquqlarında irəliləyiş təmin edilməlidir. 2016-cı ildən dayandırılan danışıqlar səbəbindən yeni mərhələnin açılması mümkün deyil.

Bəyanatda Türkiyənin ayrı tərəfdaş olaraq saxlanmasının faydalı olduğu qeyd olunub. Digər ölkələr arasında isə Serbiya və Monteneqro üzvlük prosesində irəlidə, Şimali Makedoniya və Albaniya start siqnalını gözləyir, Bosniya və Herseqovina ilə Kosovo potensial namizəd kimi qiymətləndirilir. Ukrayna və Gürcüstanla danışıqlar isə ötən il başlayıb.