Aİ və G7 Rusiya neftinə qadağanı müzakirə edir
Dünya
Avropa İttifaqı və G7 ölkələri Rusiya neftinin Qərb gəmi və şirkətlərinin dəniz nəqliyyatı ilə daşınmasına tam qadağa tətbiq etməyi müzakirə edir.
News24.az xəbər verir ki, "Reuters" məlumat yayıb.
Qeyd olunur ki, qadağa Aİ-nin 2026-cı ilin əvvəlində qəbul olunması planlaşdırılan yeni sanksiya paketi çərçivəsində elan edilə bilər. ABŞ və Böyük Britaniya nümayəndələri təşəbbüsü G7-nin texniki görüşlərində fəal şəkildə dəstəkləyirlər.
Bununla yanaşı ABŞ prezidenti Donald Trampın məsələyə son mövqeyinin Ukrayna münaqişəsi üzrə sülh prosesinin nəticələrindən asılı olacağı bildirilib.