Türkiyədə Atatürkün büstünü oğurladılar
Dünya
Türkiyənin Zonquldaq vilayətində iki nəfər məktəbin həyətindən Atatürkün büstünü oğurlayıb.
News24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, şübhəlilər büstü metal qəbulu məntəqəsinə təhvil vermək istəyiblər, lakin rədd cavabı alıblar. Bundan sonra büstü meşəlik əraziyə tullayıblar.
Polis hər iki şəxsi saxlayıb.