Şakiradan Kolumbiyaya böyük jest

Şakiradan Kolumbiyaya böyük jest Dünya

Kolumbiyalı məşhur müğənni Şakira ölkəsinin zəlzələdən ciddi zərər çəkən Çoko departamentində ən azı 10 yeni məktəbin tikintisinə dəstək göstərəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, sənətçi Kibdo şəhərinə gözlənilməz səfər edərək zərər görmüş məktəblərə baş çəkib, şagirdlərlə görüşüb. O, həmçinin zəlzələdən zərər çəkən Şoko Texnologiya Universitetinin yenidən qurulmasına yardım edəcəyinə söz verib.

Layihə Şakiranın “Pies Descalzos” Fondu tərəfindən amerikalı xeyriyyəçi Hovard Baffetlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Təhsil infrastrukturunun bərpası üçün artıq Global Citizen və Live Nation da daxil olmaqla müxtəlif təşkilatlar tərəfindən 1 milyon dollar məbləğində ianə vəd edilib.

Qeyd edək ki, avqustun 10-da Kolumbiyanın qərbində 7,4 bal gücündə güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində yüzlərlə insanın öldüyü, minlərlə şəxsin yaralandığı, yaşayış evləri və təhsil müəssisələrinin ciddi zərər gördüyü bildirilir.

Şakira bildirib ki, əsas məqsədlərdən biri uşaqların mümkün qədər tez məktəblərə qaytarılması və fövqəladə vəziyyət başa çatdıqdan sonra ölkənin ən yoxsul bölgələrinin diqqətdən kənarda qalmamasıdır.