Türkiyədə dənizdə su burulğanı yarandı - VİDEO

Türkiyədə dənizdə su burulğanı yarandı - VİDEO Dünya

Türkiyənin Antalya şəhərinin Alanya rayonunda dənizdə su burulğanı əmələ gəlib.

News24.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Güclü yağışlardan sonra yaranan burulğan qısa müddət ərzində dağılıb. Hadisə nəticəsində heç bir ziyan qeydə alınmayıb.

Su burulğanı rayonun müxtəlif ərazilərindən mobil telefonlarla lentə alınıb.