83 nəfər Gürcüstandan depostasiya edildi - Azərbaycanlı da var
Dünya
Son günlər ərzində 83 xarici ölkə vətəndaşı Gürcüstandan deportasiya edilib.
News24.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən Pakistan, Özbəkistan, Türkmənistan, Hindistan, İordaniya, Misir, Livan, Nigeriya, Uqanda, Azərbaycan, Türkiyə, Rusiya, Yəmən, Liviya, Çin, Cənubi Afrika, Ermənistan, Qırğızıstan, Qazaxıstan və digər dövlətlərin vətəndaşları – ümumilikdə 83 nəfər ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişinə qadağa tətbiq olunub.