Albaniyada kütləvi iğtişaşlara: Baş nazirin istefası tələb edilir

Albaniyada kütləvi iğtişaşlara: Baş nazirin istefası tələb edilir Dünya

Albaniyada kütləvi etirazlar iğtişaşlara çevrilib.

News24.az xəbər verir ki, ölkədə artıq ikinci gündür kütləvi iğtişaşlar səngimək bilmir.

Nümayişçilər parlamenti və nazirliklərin binalarını yandırıb, polisi daş-qalaq edərək yandırıcı qarışıqlar atıblar.

Toqquşmalarda 50-dən çox asayiş keşikçisi xəsarət alıb, 70-dən artıq insan saxlanılıb.

Əvvəlcə təhsildəki problemlərə görə tələbələr küçələrə çıxsa da, hazırda bu aksiya müxalifətin də qoşulduğu genişmiqyaslı hərəkata çevrilib.

Etirazçılar hakimiyyəti korrupsiyada ittiham edir və Baş nazir Edi Ramanın dərhal istefasını tələb edirlər.