Almaniya Kanslerindən Rusiyaya "Milad təklifi"

Almaniya Kanslerindən Rusiyaya "Milad təklifi" Dünya

Almaniya Kansleri Fridrix Merts Rusiyaya Milad bayramı vaxtı atəşkəs elan etməyi təklif edib.

News24.az xəbər verir ki, onun sözlərinə görə, Moskva dekabrın 25-nə keçən gecə hücumları dayandırarsa, bu, mühüm bir addım olar.

“Bəlkə də Rusiya hakimiyyətində insanlıqdan qalan nəsə var və onlar insanları bir neçə günlüyə rahat buraxarlar. Bu, sülhün başlanğıcı ola bilər”, – deyə Almaniya Kansleri bildirib.