Almaniya Ukraynaya 11 milyard avrodan artıq maliyyə yardımı ayıracaq
Dünya
Almaniya 2026-cı ildə Ukraynaya 11 milyard avrodan artıq maliyyə yardımı ayırmağı planlaşdırır.
News24.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts açıqlayıb.
Kansler həmçinin Rusiyanın Ukraynada uşaq bağçaları, məktəblər və xəstəxanaların fasiləsiz enerji təchizatının təmin ediləcəyini vəd edib.
Onun sözlərinə görə, Almaniya humanitar və texniki dəstək vasitəsilə Ukraynanın sosial obyektlərinin fəaliyyətini qorumağa davam edəcək.