Almaniyada bu şəxslər üçün fond yaradılacaq

Almaniyada bu şəxslər üçün fond yaradılacaq Dünya

Almaniyanın bələdiyyələri ən azı 500 milyon avro həcmində federal “Tənhalığa qarşı fond”un yaradılmasını tələb ediblər.

News24.az xəbər verir ki, bu çağırışla Almaniya Şəhərlər və İcmalar İttifaqı çıxış edib. İttifaqın rəhbəri Andre Berqheggerin sözlərinə görə, problem artıq kütləvi xarakter alıb və maliyyə vəsaiti olmadan onun həlli mümkün deyil.

“Tənhalığa qarşı mübarizə maliyyə çatışmazlığı səbəbindən iflasa uğramamalıdır. Könüllü fəaliyyət çox şey verə bilər, lakin bütün boşluqları doldura bilməz”, – Berqhegger bildirib.

İttifaq fondun maliyyələşdirilməsini Avropa İttifaqı vəsaitləri, istifadə olunmamış büdcə qalıqları və xərclərin yenidən bölüşdürülməsi hesabına həyata keçirməyi təklif edir. Vəsaitlərin bütün yaş qrupları üçün açıq olan sadə ünsiyyət formatlarına – kitabxanalar və digər yerli ictimai məkanlara yönəldilməsi planlaşdırılır.